SİZİN REKLAM BURADA!
055 213 76 73



Həbsdə olan videobloger Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

BAKU.WS xəbər verir ki, o, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Mehmanın vəkili Şəhla Hümbətova bildirib ki, bu gün məhkəmə iclası keçirilib və həmin müraciət təmin edilməyib. Onun sözlərinə görə, məhkəmədə cəzaçəkmə müəssisəsinin rəhbərliyi öz mülahizəsini təqdim edib: "Orada bildirilib ki, Mehman Hüseynov islah olunmayıb. Məhkəmə həmin mülahizəni əsas götürərək müraciəti rədd edib". 

Qeyd edək ki, M. Hüseynov saxlanıldıqdan sonra polisin ona fiziki təzyiqlər etməsi barədə açıqlama verib. Daxili İşlər Nazirliyi isə bunu təkzib edib. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında böhtan atmaqda təqsirli bilinib və məhkəmənin hökmü ilə 2017-ci il martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib. M. Hüseynov özünü təqsirli bilmir.

Abbas
BAKU.WS