SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonunda zibil qutusunda kişiyə məxsus kəsilmiş insan qolu aşkarlanıb.

Suraxanı rayon prokurorunun köməkçisi Pərvin Bağırova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suraxanı rayonu Ramana qəsəbəsində zibilxanada kəsilmiş insan qolu aşkar edilib. Hadisə yerinə ekspert göndərilib. Müayinə zamanı qolun kişiyə məxsus olduğu məlum olub.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS