SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magistral avtomobil yolu çöküb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində baş verib.

Sumqayıt Su Kanalı İdarəsinin rəisi Darvin Hüseynov açıqlamasında bildirib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Çökmənin əsas səbəbi kimi magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş kanalizasiya xəttinin partlaması göstərilir.

Qeyd edək ki, həmin ərazidə yolun çökməsi ilk dəfə deyil.

BAKU.WS