SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Beyləqanda intihara cəhd olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, intihar məqsədi ilə özünü su kanalına atmış Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşayan Nərgiz Məmmədova polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

Dekabrın 7-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşayan Nərgiz Məmmədova intihar məqsədi ilə özünü "Xan qızı” su kanalına atıb. O, polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya Səccad

BAKU.WS