SİZİN REKLAM BURADA!
055 213 76 73



Polşada insanları qəzəbləndirən hadisə baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. Görüntülər 18 yaşlı gənc tərəfindən sosial şəbəkələrə yerləşdirilib.

Videodan da göründüyü kimi 19 yaşlı gənc oğlan ona nəzarət edilməsi tapşırılan 2 yaşlı uşağı paltaryuyan maşının içərisinə salıb.

Uşaq bundan qorxub və ağlamağa başlayıb. Gənc oğlanlar isə buna gülməklə reaksiya verir.

Hadisəni uşağın 22 yaşlı atasının dostları törədiblər. Görüntülər çoxsaylı insan tərəfindən müzakirəyə çıxarılıb və qınanıb.

Hadisə ilə əlaqədar prokurorluqda araşdırma aparılır. Uşağın atası və onun dostları məsuliyyətə cəlb olunub.

BAKU.WS