Azər İşıq MMC-də işləyən İstiqat Yusifov üzərinə işıq transformatoru düşməsi nəticəsində aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. 
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində baş verib.
 
Təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
 
Araşdırmalar aparılır.
 
BAKU.WS