SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü, Yevlax rayon sakini Ayaz Vüsal oğlu Həsənəliyev ağır vəziyyətdə əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Uşağın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

BAKU.WS