SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri Yasamal rayonu ərazisində ehtiyatsızlıqdan ölüm hadisəsi qeydə alınıb.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, avqustun 14-də 71 yaşlı Allabağış Cəfər oğlu Əzizov yaşadığı Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 179 nömrəli evin həyətində emalatxanada işləyən zaman ehtiyatsızlıq nəticəsində elektrik kəsici alətlə sağ bud nahiyəsini kəsib və aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS