SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə Ermənistanın paytaxtı İrəvan şəhərində etiraz aksiyası keçirilib.

BAKU.WS
erməni mətbuatına istinadən xəbər verir ki, etiraza erməni cinsi azlıqların polislərlə qarşıdurması səbəb olub. Hadisənin baş verməsinə isə kişilərdən birinin transı döyməsi səbəb olub.

Belə ki, kişi transla münasibətdə olduqdan sonra onun pulunu vermək istəməyib. Nəticədə mübahisə yaranıb və trans döyülüb. Sonradan əraziyə polis çağırılıb və cinsi azlığın nümayəndəsini döyən şəxsi tutublar.

Döyülən “gey” rəfiqələrini çağırıb. Onu döyən şəxsi məhkəməyə apararkən transseksuallar polisə hücum çəkiblər. Nəticədə böyük qalmaqal yaranıb.

Səs-küydən narazı olan digər vətəndaşlar da məsələyə müdaxilə ediblər. Hadisə nəticəsində böyük etiraz dalğası yaranıb. Davanın yatırılması üçün xüsusi təyinatlılar çağırılıb və transseksuallardan bəziləri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS