VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xətaidə mənzildə 47 yaşlı kişi meyiti tapılıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Raci Pablik Viladiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatəb.

BAKU.WS