VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib.

BAKU.WS
“ölkə.az”a istinadən məlumatına görə, “Röyal Qrant” oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də birinci dəfədir ki, belə hal ilə rastlaşır.

Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq.

BAKU.WS