SİZİN REKLAM BURADA!
055 213 76 73



Krımda azərbaycanlı iş adamının xəz-dəri mağazası qarət edilib.

BAKU.WS
xəbər verir ki, hadisə Simferopol şəhərində "Sfetafor" adlanan bazarın ərazisində baş verib.

Simferopol Fövqəladə Hallar Nazirliyi hadisənin müşahidə kameralarına düşən görüntülərini sosial şəbəkədə yayaraq, oğruların tapılması üçün ictimaiyyətdən kömək istəyib.

Oğrular qarəti 6 avqustdan 7-nə keçən gecə, saat 2-də həyata keçiriblər. Onlar laqunda ilə qapını kəsiblər, sonra isə şüşəni sındırıb içəri daxil olublar.

Onlar iki kisə xəz-dəri apardıqları görünür. Adını açıqlamaq istəməyən iş adamına küllü miqdarda ziyan dəyib.

Zülfiyyə Qurbanova
BAKU.WS