SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda çayda batan 2 uşaq atasını polis əməkdaşı xilas edib.

Xezerxeber.az-ın məlumatına görə, ibrətamiz hadisə Lənkəranın Ürgə kəndində baş verib.

Kənd sakini Ramil Mirzəyev ördəkləri çıxarmaq üçün Veravul çayının kənarına gəlib. Bu zaman isə ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq Ramil Mirzəyevi çaydan çıxarmaq mümkün olmayıb. Bu vaxt ərazidə xidmət aparan Liman polis bölməsinin əməkdaşı, polis kiçik serjantı Taleh Fərzili sakinlərin səsinə gələrək boğulmaqda olan Ramil Mirzəyevi palçıqlı-lilli sudan xilas edib.

Taleh Fərzili daha sonra Ramil Mirzəyevə süni nəfəs verib və ürək masajı edib. Ardınca isə ora çağırılan Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib. İki uşaq atası Ramil Mirzəyevi xilas edən polis əməkdaşı bunu sadəcə vəzifə borcu hesab etdiyini deyir.

Xəstəxanaya aparılan Ramil Mirzəyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti normaldır.

BAKU.WS