SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.

SOCAR-ın itkin düşənlər siyahısında 33 nəfərin adı var. Onlardan ən böyüyünün 62, ən kiçiyinin isə 22 yaşı var.

Digər işçilər kimi, elə ən kiçik yaşlı neftçinin də ailəsi narahatdır. Onun bacısı Nigar xanım insanlardan qardaşı ilə bağlı ən adi informasiya almaq ümidi ilə onlara müraciət edib:

"Dostlar, mənim ailəmdə çətinlik var. "Günəşli” yatağındakı yanğın bizim ailədən də yan keçmədi. Mənim qardaşım 1993-cü il təvəllüdlü Babazadə Tural bu talesiz platformada işləyirdi. Onun adı itkin düşənlərin rəsmi siyahısında yer alıb. Bizim onun haqda bildiyimiz bütün informasiya da bununla yekunlaşır. O və onun kolleqaları haqda heç bir məlumat ala bilmirik. Xahiş edirəm, bacardığınız qədər bu şəkli paylaşın, bəlkə necəsə, hansısa yolla məlumat əldə edə bildik”.

Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
 
BAKU.WS