SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada sərnişin vertolyotu qəzaya uğrayıb.

BAKU.WS
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Moskva vaxtı ilə səhər saat 06:20-də Rusiyanın Krasnoyarsk vilayətində baş verib.

Verilən məlumata görə, içərisində 18 nəfər olan "Mi-8" tipli sərnişin vertolyotu boş sahəyə çırpılıb. Vertolyotda olanlardan 3 nəfəri şəxsi heyət, 15 nəfər isə sərnişin olub.

Qəzaya uğrayan vertolyotun “qara qutu”su tapılıb. Baş verən qəzanın səbəbləri araşdırılır.

Verilən məlumata görə, qəzaya uğrayan vertolyotun içərisində "Vankor" şirkətinin əməkdaşları olub.

BAKU.WS