VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhiyyə Nazirliyi Hacıqabul rayonu Udulu kəndində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

BAKU.WS
nazirliyin saytına istinadən xəbər verir ki, hadisədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılardan 2-si Şirvan rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib. Hər 3 yaralının vəziyyəti qənaətbəxşdir.

"Report" ölən və yaralananların kimliyini açıqlayıb. Belə ki, minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır.

BAKU.WS