VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.

26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.

Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.

BAKU.WS