SİZİN REKLAM BURADA!
055 213 76 73



Goranboyda güllələnmə olub.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Goranboy rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin Qərb Regional mətbuat xidmətindən verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, E.Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan açılan güllə onun özünə dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.

BAKU.WS