SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda günün günorta çağı küçədə gedən qadın soyğunçunun hücumuna məruz qalıb.

 

BAKU.WS-in məlumatına görə, orta yaşlı qadın yolu keçərək gedən zaman naməlum kişi arxadan ona hücum edib. Hərəkətlərində qəribəlik olan kişi qadının çantasını əlindən almaq istəyib. Bu zaman işıqforda dayanan 120 saylı sərnişin avtobusundan bir neçə nəfər düşüb və qadını xilas ediblər. Gənclər həmin şəxsi yolun ortasında döyüblər.


Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. BAKU.WS həmin görüntüləri təqdim edir:


Ziya Səccad

BAKU.WS