SİZİN REKLAM BURADA!
055 213 76 73



Son iki gündə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 57 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən (DMX) BAKU.WS-ə verilən məlumata görə, qurum tərəfindən iyulun 30-u və 31-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 57 əcnəbi saxlanılıb. Onlardan 15-i Hindistan, 15-i Türkmənistan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Türkiyə, 2-si Pakistan, 2-si Nepal, 2-si Qazaxıstan, 1-i Misir, 1-i İraq, 1-i Polşa, 1-i İtaliya vətəndaşı, 1-i isə Avstriya Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsdir.

Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının Azərbaycan Respublikasınının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları (səyyar ticarət), digər 47 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 41 nəfər barəsində qərarlar qəbul edilib, 14 nəfər Hindistan və 2 nəfər Nepal vətəndaşının Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

BAKU.WS