VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun vəfat etməsi barədə Hacı Nuran sosial mediada məlumat yayıb .

BAKU.WS
xəbər verir ki, “yenicag.az” sənətkarın ailəsilə əlaqə saxlayıb. Gözyaşlarına boğulan oğlu Elşən Sadıqov atasının dünyasını dəyişmədiyini və can üstündə olduğunu bildirib:

“Mənə danışmaq çox ağırdır, atam can verir. Danışa bilmirəm…”

Oğlu, həmçinin, bildirdi ki, Hacı Nuran bilmədən belə xəbər yayıb:

“O indi atamın yanına gəlir”.

Qeyd edək ki, H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkir. Sənətkar Salyanda yaşayır.

BAKU.WS