SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə-Şəmkir yolunda ölümlə nəticələnən qəza hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Göygöl rayonu Quşqara kəndi ərazisində Şəmkirin Çinarlı kənd sakini, 34 yaşlı Elşən Nəbiyevin idarə etdiyi “VAZ 21011” və Gədəbəy rayonunun Rüstəm Əliyev kənd sakini, 24 yaşlı Günel Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ”ın sürücüsünün həyat yoldaşı, 31 yaşlı Ülviyyə Nəbiyeva hadisə yerində ölüb. Elşən Nəbiyev özü, eləcə də qardaşları Elçin və Elvin Nəbiyevlər müxtəlif xəsarətlərlə Gəncə ŞTTYX-ya çatdırılıblar. Azyaşlı Elçin daha sonra Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndərilib.

Məharət Kərimov - Həkim: “Avtoqəza nəticəsində şöbəyə xəstə gətirilmişdi. Nəbiyev Elçin uşaq olduğuna görə uşaq xəstəxanasına göndərilmişdi. Nəbiyev Elvin və Nəbiyev Elşən hal-hazırda travmatoloji şöbədədirlər. Ümumi vəziyyətlərini kafi və orta qiymətləndirmək olar. Bir nəfər qadın da meyit şəklində gətirilmişdir, o da morqa göndərilib”.

Fakt araşdırılır.

BAKU.WS