VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir neçə saat öncə "Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb.
 
BAKU.WS xəbər verir ki, SOCAR-dakı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, "Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.
Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.
 
BAKU.WS