SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda məşhur biznes mərkəzində yanğın olub.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, yanğın “Caspian Plaza" biznes mərkəzində qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, hadisə biznes mərkəzinin 8-ci mərtəbəsində qeydə alınıb. Elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub.

Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.

BAKU.WS