VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakıda yenidən bir nəfər “İntihar körpüsü” adlandırılan “Koroğlu” körpüsünün üstünə çıxıb.

BAKU.WS
xəbər verir ki, bu barədə hadisə şahidləri sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, bir nəfər körpüyə çıxıb özünü atacağını bildirib. Maraqlı ondadır ki, həmin şəxs arada körpünün üstündə oturub siqaret çəkib.

Onun körpüyə çıxması şəhərin Heydər Əliyev prospekti istiqamətində böyük çıxac yaradıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

“Tıxac əsasən Heydər Əliyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”, - deyə Mais Ağayev bildirib.

Ziya SƏCCAD
BAKU.WS