SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyanda yol nəqliyyat nadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Calyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus anidən idarəetməni itirib və nəticədə mikroavtobus “VAZ-2107”, “VAZ-21015”, iki “VAZ-21011” markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “VAZ-2107”nin sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılrır.

BAKU.WS