VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının mərkəzində dünyasını dəyişən şəxsin kimliyi məlum olub. Bu 30 yaşlı Elman Hüseynovdur.

Bu barədə BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, iddia olunduğu kimi gənc oğlan təcili yardım həkiminin gec gəlməsi səbəbindən ölməyib.

“Ötən gecə saat 03:20-də çağırış gəlib, bizim biriqada isə hadisə yerinə 03:26-da çatıb. Hadisə zamanı dünyasını dəyişən şəxs Salyan rayonundan olan 30 yaşlı Elman Hüseynovdur. İlk çağırışı verən dostu olub. Sonra hadisə yerində olan digər vətəndaş çağırış verib. Həkimlərimiz hadisə yerinə çatanda isə artıq o dünyasını dəyişmişdi”, - deyə həkim bildirib.

Rauf Nağıyev deyir ki, əslində onun halı pisləşməsindən sonra həkim gec çağırılıb:

“Ölən şəxsin dostu hadisə yerindən qaçmışdı. Polis tapıb gətirib. Həkimlərimiz hadisə yerinə 66 dəqiqə ərzində əraziyə çatıblar”.

Ziya SƏCCAD
BAKU.WS