SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.

Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS