SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Abşeronda intihar hadisəsi baş verib.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində, Kristal Abşeron 2 ünvanında qeydə alınıb.

Bildirilir ki, 25 yaşlı gənc oğlan özünü balkondan ataraq intihar edib. Onun əsəb xəstəsi olduğu bildirilir.

Araşdırmalar zamanı onun 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T. Nağıyev həmin binada kirayədə yaşayırmış.

Qeyd edilir ki, intihar edən gənc nişanlı olub. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya SƏCCAD
BAKU.WS