VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağsu rayonunun Çiyni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, iyulun 25-də saat 12 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev xəstəxanaya yerləşdirilib.

BAKU.WS