VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümlələrə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da Ümummilli Liderimiz Heydər Əliyevdir”.

BAKU.WS
-in məlumatına görə, bu fikirləri millət vəkili Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən azvision.az saytına deyib.

"Mən Rəsulzadəni təhqir etməmişəm və etmək də fikrim yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş jurnalistikanın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər. Mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən, jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər”.

N.Həmzəyev deputat fəaliyyətinin ilk dövrünü məhkəmə ilə başlamaq istəmədiyini deyib: "Sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heykəl qoymur. Dəfələrlə bəyan edilib ki, qeyri-rəsmi ortamda heç bir açıqlamadan söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim ulu öndər Heydər Əliyevdir”.

BAKU.WS