VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fərman Məmmədov suallara cavab verib.

O bildirib ki, ona ümumilikdə 575 min manatlıq ziyan dəyib: "Həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura vermişəm. 435 min manatı isə Həbibin özünə vermişəm. Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb. Çünkü Elmira xanım daha əvvəl demişdi ki, Elnur üçün tenderdə qalib gəlib. O söylədi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı".

F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib.

O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: "Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib".

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

BAKU.WS