VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünən “lent.az”da dərc olunan "Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI" yazısına operativ reaksiya verib.

BAKU.WS
xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məsələyə münasibət bildirib. O, “lent.az”ın sorğusuna cavab olaraq bildirib ki, Akif Əliyev dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilib: "Lakin onun vəziyyəti ağırdır. Qanqrenası və hepatiti var. Müalicə olunduqdan sonra Akif Əliyev sığınacaqlardan birinə yerləşdiriləcək".

Qeyd edək ki, Akif Əliyev Moskvada və Kiyevdə iki universitet bitirib, iş adamı olub, lakin sonradan fırıldaqçılıqla üzləşərək hər şeyini - işini, mülkünü və ailəsini itirib. Xeyli müddətdir küçədə yaşayır.

BAKU.WS