SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış jurnalist və teleaparıcı Elçin Əlibəyli ölümlə hədələnib.

BAKU.WS
xəbər verir ki, aparıcı bu barədə “Space TV”də yayımlanan “El bizim, sirr bizim” verilişində bildirib. Onun sözlərinə görə, “*9111” saylı taksi xidmətindən istifadə edərkən maşının sürücüsünün kobudluğu ilə üzləşib.

Aparıcı bildirib ki, sürücü maşın sürərkən siqaret çəkib, telefonla oynayıb və avtomobili təhlükəli şəraitdə idarə edib.

“Sürücü təhlükəsizlik kəmərini taxmamaqla bərabər, sükan arxasında telefondan istifadə edirdi. Məni və ailə üzvlərimi təhlükə altına qoydu. Maşının nömrəsi 90 AR 193, ağ rəngli “Daewoo” markalı taksi sürücüsü bizim həyatımızı təhlükə altında atdı. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, təhlükəsizlik qaydalarını kobud şəkildə pozdu”

Aparıcı ilə sürücü arasında mübahisə düşüb. Bundan sonra aparıcı və ailə üzvləri taksidən düşüblər. Elçin Əlibəyli taksi şirkətinə şikayət edib.

“Həmin şəxs bildirdi ki, mən qanun saymıram. Məcbur olub, həmin şəxsin şəklini çəkdim və ondan şirkətə şikayət etdim. Şikayətə baxan olmadı, əvəzində isə sürücü mənim “İnstagram” hesabına mesaj yazaraq, söyüb. Mənə hədə qorxu gəlib və “səni tapıb, öldürəcəyəm” deyib”.

BAKU.WS