SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhər prokurorluğunun 4 əməkdaşı yol verdikləri kobud pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2018-ci ilin birinci yarısının yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb olunmuş prokurorluq əməkdaşlarından biri tutduğu vəzifədən azad edilib.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.

BAKU.WS