SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

BAKU.WS
ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:
"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır".

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

BAKU.WS