SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, paytaxtın “Bəyli” restoranında müğənni Namiq Gərayzadə döyülüb.

Müğənni hadisə barədə daha ətrraflı BAKU.WS-ə danışıb:

“Hadisə iyulun 21-də saat 18:15-18:20 radələrində baş verib. Restorana çatıb, avtomobilimi park edirdim ki, 55-60 yaşlarında olan nəzarətçi müğənni olduğumu öyrənib dedi ki, burada park etmə, bura “manıslar” üçün deyil. Dedim ki, sən kimsən mənə “manıs” deyirsən. Aramızda mübahisə düşdü. Hadisədən xəbər tutan restoranın 4 mühafizəçisi bizə yaxınlaşdı. Onlar da dedilər ki, burada park edə bilmərsən. Mənə dedilər ki, sən bilirsən biz kimik, biz bu restoranın başkəsənləriyik. Onlardan 2-si qolumdan tutdu, 2-si isə məni döydü. Huşumu itirdim, ayılanda isə 103-ə zəng etdim, onlar da polisə xəbər verdilər. Hazırda hadisə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırılır”.

Qeyd edək ki, Nizami RPİ-dən faktı təsdiqləyiblər. 

***10.11

Bakıda Bəyli restoranında insident olub.

BAKU.WS
ölkə.az-a istinadən xəbər verir ki, restoranda Namiq Gərayzadə adlı şəxs müştərilər tərəfindən döyülüb.

Nizami RPİ-dən faktı təsdiqləyiblər. Bildiriblər ki, Nizami RPİ-nin 24-cü şöbəsinə DİN-in 102 zəng mərkəzindən “Bəyli” restoranında insidentlə bağlı məlumat daxil olub. Məlumatda Namiq Gərayzadə adlı şəxsin döyüldüyü qeyd edilib.
Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.

Döyülən N.Gərayzadənin müğənni olduğu bildirilir.

BAKU.WS