SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Suriyada vahabilərə qoşulan azərbaycanlılardan birinin uşağı azərbaycanlılara çağırış edib. 
 
BAKU.WS-in məlumatına görə, azyaşlı uşaq azərbaycanlıları Suriyaya gəlməyə və burada döyüşməyə səsləyib. Videodan da göründüyü kimi balaca İŞİD-çini kənardan kimsə idarə edir. Ona öyrədilən sözləri təkrarlayan balaca insanlara "Allah yolunda" döyüşməyi tələb edir.
 
"Gəlin burda cihad edin. Namaz qılın. Gəlin bura. Niyə qalmısınız orada dovşan kimi? Gəlin kafirləri qırın, başlarını kəsin", - deyə balaca İŞİD-şi söyləyib.
 
BAKU.WS Inter.az-a istinadla bu videonu təqdim edir: