SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gecə Türkiyədə daha bir terror aktı törədilib.

 

BAKU.WS-in məlumatına görə, Tuncelidə PKK terror təşkilatından olan bir nəfər gecə saat 23 radələrində polis bölməsinin qarşısına bir mikroavtobus yaxınlaşıb. Avtobusdan düşən terrorçu polislərə atəş açıb.

Polislər terrorçunu saxlamaq üçün hərəkətə keçib. Bu zaman PKK-çı dərhal həmin ərazidən uzaqlaşıb və uzaqdan idarəetmə qurğusu ilə avtobusu partladıb.

Partlayış nəticəsində bir polis ağır yaralanıb. Hadisə zamanı yaxınlıqda olan yaşlı bir qadın da xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Terrorçu isə yaxınlıqdakı meşəliyə qaçıb. Meşəyə qaçan terrorçunun tutulması üçün geniş əməliyyat başlanıb. Qəsəbənin giriş və çıxışları da nəzarət altına alınıb.

 

Ayşən Ayxan

BAKU.WS