SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün saat 19 radələrində Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.


BAKU.WS
-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində məlumat yayılıb. Məlumatda bildirilir ki, sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

Qatarın hansı səbəbdən dayanmasını araşdırmaq üçün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, dünən saat 19:30-da Bakı-Sumqayıt sürət qatarı Keşlə-Biləcəri mənzilində dayanıb. Qatarın yolda yubanmasının səbəbi dəmir yolunun kənarında türk vətəndaşı 1984-cü il təvəllüdlü Yılmaz Harunun içki içməsi olub.

"Yılmaz Harun dəmir yolunun kənarında oturaraq spirtli içki qəbul edirmiş. Qatar oradan keçərkən onun pilləkanı Yılmaz Haruna toxunub. Sonrada qatar dayanıb. Əraziyə təcili yardım çağırılıb. Həkimlər türk vətəndaşını xəstəxanaya aparıblar. Onun vəziyyəti normaldır”, - deyə Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi deyib ki, hadisə nəticəsində qatar 10-15 dəqiqə yubanıb.

Ziya Səccad
BAKU.WS