Bakının Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

BAKU.WS