İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib.

Rusiya vətəndaşı, Samara vilayətində yaşayan 1965-ci il təvəllüdlü Hacıyev Əfqan Barat oğlu idarə etdiyi "Priora" markalı "T-668-K-163" RF dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısına çıxan camışı vurub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Beyləqan rayon Aşıqlı kənd sakini, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.

BAKU.WS