Rusiyanın paytaxtı Moskva şəhərində kafelərin birində güclü partlayış baş verib.

BAKU.WS
“RİA Novesti” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Moskva meri Sergey Sobyanin “Тwitter” hesabında yazıb ki, hadisə qaz sızması nəticəsində qeydə alınıb. Hadisə zamanı 13 nəfər xəsarət alıb.

Partlayış nəticəsində ərazidə böyük sıxlıq yaranıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və helikopter cəlb edilib. Yaralılar helikopter vasitəsilə ərazidən çıxarılıb.

Yaralılar arasında uşaqlar yoxdur. Verilən məlumata görə, xəsarət alanlardan 2 nəfərin vəziyyəti daha ağırdır. Hadisə zamanı xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşı da var.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS