SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Ziya Səccad

BAKU.WS