SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında 8 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə Səhiyyə Nazirliyinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

“Yaralılardan 7 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzinə ("Semaşko") yerləşdiriliblər. Bir nəfər isə Respublika Xəstəxanasına göndərilib. 3 nəfərə isə hadisə yerində yardım göstərilib. Hadisədən sonra 2 nəfər Ələtdə 20-ci poliklinikaya müraciət edib. Həmin şəxslərin xəsarətləri ağır deyil. Qəzadan sonra bir qadın hadisə yerində vəfat edib. O, həkim gələnə qədər dünyasını dəyişib”, - deyə Pərviz Abubəkirov bildirib.

Hazırda qəzada ölən və yaralananların kimliyi araşdırılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda yol qəzası baş verib. "Kamaz" markalı yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hal-hazırda hadisə yerindədir.

BAKU.WS