SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Yasamal rayonunda dəhşətli qəza baş verib.
 
BAKU.WS-in məlumatına görə, Metbuat prospektində, BDU-un binasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müşahidə kameraları tərəfindən qeydə alının görüntü sosial şəbəkələrdə yayılıb.
 
Ağ rəngli VAZ markalı avtomobil idarə etməni itirərək piyada keçidindən keçən insanları vurub. Daha sonra yol polisinin maşınının üzərinə doğru gedən avtomobil qəflətən aşıb. Qəzada ən azı 6 insan zərər çəkib. Həmin şəxslərə tibbi yardım göstərilib.

Aparılan istintaqın ilkin nəticələri göstərir ki, qəzaya səbəb sürücünün kobud səhvi və ya əyləc sistemində yaranan nasazlıq olub.
 
SPACE TV
BAKU.WS