SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
xəbər verir ki, hadisə yerində “oxu.az”ın əməkdaşı olub. Onun verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

BAKU.WS