SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir rayonunda meşədə yanğın başlayıb.

BAKU.WS
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

BAKU.WS