SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Onlar 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmkir oğlu Zamanovdur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

BAKU.WS