SİZİN REKLAM BURADA!
055 213 76 73



"Nə qədər uzaq qalmağa çalışsam da, yazılanlar gəlib mənə çatır. İnformasiyadan qaça bilmirəm. Əgər mənim bu addımım sizə pis təsir edibsə,xahiş edirəm,həmin videonu tirajlamağı, "Youtube" kanallarınıza yükləməyi dayandırın, tirajladıqlarınızı qaldırın. Heç kəsi günahlandırmıram, siz də etməyin".

BAKU.WS xəbər verir ki, ötən həftəsonu damarlarını canlı yayımda doğrayan şair Cəmil Cavanşir belə bir müraciətlə çıxış edib.

O, müraciətində həmçinin baş verən intihar cəhdində kimsənin günahı olmadığını bildirib:

"Baş verən hadisə ilə bağlı versiyalar uyduranlara bildirmək istəyirəm ki, bu hadisəyə görə heç kəsi qınamasınlar. "Xüsusilə dostum, millət vəkili Aqil Abbası qınayanları başa düşə bilmirəm. Aqil müəllim mənim digər dostlarım kimi hər zaman qayğıma qalan, diqqət edən bir insandır. Bu hadisə zamanı da hər şeyi sona qədər nəzarətdə saxlayıb, ən çətin günlərimdə əlini kürəyimdə hiss etmişəm.

Bu məsələdə bircə günahkar var o da mənəm. Söymək ehtiyacı hiss edirsinizsə məni söyün, məni təhqir edin, məni qınayın. Günahkar mənəm. Hətta tam səmimiyyətimlə və vicdan rahatlığı ilə deyirəm, heç bir qadının da bu işdə günahı yoxdur.

Bir daha deyirəm, ağır depressiya və affekt halında atılan addımdır. Buna görə kimisə qınamaq ədalətsizlik olar. Rica edirəm belə etməyin. Nə qədər uzaq qalmağa çalışsam da, yazılanlar gəlib mənə çatır. İnformasiyadan qaça bilmirəm. Əgər mənim bu addımım sizə pis təsir edibsə,xahiş edirəm, həmin videonu tirajlamağı, "Youtube" kanallarınıza yükləməyi dayandırın, tirajladıqlarınızı qaldırın. Heç kəsi günahlandırmıram, siz də etməyin".

Zülfiyyə Qurbanova
BAKU.WS